“Dədə Qorqud” eposu polyak dilində

 

Azərbaycanın Polşadakı səfirliyi tərəfindən ölkəmizin tanıdılması istiqamətində silsilə tədbirlər həyata keçirilir. Bu məqsədlə silsilə kitablar nəşr olunur.

Səfirlikdən bildirilib ki, görülən işlərin davamı olaraq “Azərbaycan eposları” seriyasından polyak dilində “Dədə Qorqud” dastanı İSBN kodu ilə işıq üzü görüb. Azərbaycanın Polşadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Adam Mitskieviç adına Poznan Universitetinin birgə əməkdaşlığı nəticəsində nəşr olunan kitab Polşanın mərkəzi və universitet kitabxanalarına göndərilib.

 

Mədəniyyət.- 2015.- 9 dekabr.- S. 2.