Xalq şairinin 80 illiyinə həsr olunmuş ədəbi-bədii gecə

 

Dekabrın 4-də Quba rayon MKS-nin Mərkəzi kitabxanasının oxu zalında Xalq şairi Fikrət Qocanın 80 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Tədbiri MKS-nin direktoru Saməddin Nəsirov açaraq şairin poeziyamızdakı yerindən danışıb. Bildirilib ki, Fikrət Qocanın əsərlərində vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapıb.

Oxu zalının baş kitabxanaçısı Rübabə Hacıbəyova, oxuculara xidmət şöbəsinin əməkdaşı Nigar Nadirova şairin yaradıcılıq yolundan bəhs ediblər. “Gülüstan” elmi-ədəbi məclisinin üzvü, şair-publisist Cabir Albantürk yubilyara həsr etdiyi “Fikrətsayağı” şeirini söyləyib. Şagirdlər şairin məşhur şeirlərindən nümunələr səsləndiriblər.

 

Mədəniyyət.- 2015.- 11 dekabr.- S. 10.