Şagirdlər
AMEA-nın yubiley sərgisi ilə tanış olublar
Dekabrın 8-də 132-134 nömrəli təhsil kompleksinin müəllim və şagirdləri AMEA-nın 70 illik yubileyi çərçivəsində akademiyanın əsas binasında təşkil edilən sərgi ilə tanış olublar.
Akademiyanın yeddi elmi bölməsinin tərkibindəki
institut və təşkilatlar, regional elmi mərkəz və
bölmələr, o cümlədən rəyasət heyətinin
guşələrinə qoyulan eksponatlar məktəblilərin
marağına səbəb olub. Şagirdlərə bu elmi
müəssisələrin strukturu, yaranma tarixi ilə
bağlı ətraflı məlumat verilib. Həmçinin
AMEA-nın elmi müəssisələrində aparılan tədqiqatlar,
o cümlədən institut və təşkilatların fəaliyyətini
əks etdirən kitablar və digər dəyərli nəşrlər
barədə danışılıb. Akademiyanın əldə
etdiyi mühüm elmi nəticələr və uğurlu
yeniliklərdən söz açılıb, AMEA-nın Təcrübə
Sənaye Zavodunun məhsulları nümayiş etdirilib.
Mədəniyyət.- 2015.- 11
dekabr.- S. 10.