“Ahəngdar rəngarəngliyin
xalısı"
"Əl-Cəzirə" jurnalında ölkəmiz haqqında məqalə dərc edilib
"Əl-Cəzirə" jurnalının noyabr nömrəsində "Azərbaycan... Ahəngdar rəngarəngliyin xalısı" adlı məqalə dərc edilib. "Əl-Cəzirə" Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı və "Əl-Cəzirə" televiziyasının müşaviri doktor Fatimə əs-Samədinin müəllifi olduğu məqalə oxucuları Azərbaycan tarixi ilə, onun zəngin mərhələləri ilə yığcam şəkildə tanış edir.
Müəllif yazır: "Azərbaycanın şahidi olduğu müxtəlif tarixi mərhələlər qədim bəşər irsinə sahib olan bu ölkədə formalaşmış mədəni komponentlərdə böyük iz qoyub. Orada, Qobustanda tarixi qədim daş dövrünə gedib çıxan ən qədim insan məskənlərindən birinin izləri var. Bu izlər Quruçay mədəniyyəti və bəşər mədəniyyətinin inkişafı ilə bağlıdır, Azərbaycandakı bir neçə mağarada üst paleolit və son tunc dövrlərinə aid mədəniyyətləri göstərir".
Müəllif qeyd edir ki, Azərbaycan geosiyasi
mövqeyinin ona verdiyi üstünlükləri dərk edir və
bundan irəli gələn imkanları genişləndirməyə
çalışır. O, Şərqlə Qərb arasında
əsas ticarət və enerji yollarının
qovuşuğunda yerləşən ölkədir. Dünyəvi
sisteminə baxmayaraq, özünün islam dünyası və
irsi ilə bağlılığını qırmayıb və
buna səy göstərmir, Avropa ilə Asiya arasında təbii
körpüdür.
Mədəniyyət.- 2015.- 11
dekabr.- S. 9.