İstehlakçı hüquqlarının qorunmasının aktual məsələləri

 

Dekabrın 9-da Azərbaycan Turizm və Menecment Universitetində biznes idarəçiliyi fakültəsinin və Azad İstehlakçılar İctimai Birliyinin təşkilatçılığı ilə “İstehlakçı hüquqlarının qorunmasının aktual məsələləri” mövzusunda konfrans keçirilib.

Fakültənin dekanı Sənan Əliyev çıxışında bildirib ki, istehlakçı hüquqlarının qorunması məsələləri hər zaman aktuallığını qoruyub saxlamaqdadır. Qeyd olunub ki, bu məsələlər hətta dünyanın inkişaf etmiş ölkələrində də problem kimi gündəmdə qalmaqdadır.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov təqdimat-məruzəsində ölkəmizdə istehlakçı hüquqlarının qorunması sahəsində mövcud vəziyyət barədə məlumat verib. Bu sahə üzrə şəxsi təcrübəsini tələbələrlə bölüşüb, istehlakçılar keyfiyyətsiz məhsul satışı ilə qarşılaşdıqda nə etməlidir kimi suallara aydınlıq gətirib.

 

Fariz

 

Mədəniyyət.- 2015.- 11 dekabr.- S. 9.