Almaniya ilə
turizm tədrisi sahəsində əlaqələr müzakirə
olunub
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru, professor Cəfər Cəfərov Almaniyanın ölkəmizdəki səfiri xanım Heindrun Tempel ilə görüşüb.
Rektor Cəfər Cəfərov ölkələrimiz arasında mövcud olan əlaqələrdən və münasibətlərin daha da inkişaf etməsindən məmnunluğunu bildirib, almaniyalı diplomata Azərbaycan Turizm və Menecment Universitetinin fəaliyyəti, xarici əlaqələri, xüsusən Almaniyanın tədris ocaqları ilə mövcud əməkdaşlığın müsbət nəticələri və gələcək planlar haqqında məlumat verib.
Görüş zamanı iki ölkədə turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri, problemləri, eyni zamanda nəzərdə tutulmuş ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə mövzusu olub.
Sonra xanım Tempel universitetdə təhsil alan tələbələrlə görüşüb, Almaniyada turizmin müasir vəziyyəti, ölkəsinin turizm potensialı haqqında danışıb.
Qonaq ATMU-nun kitabxanası, dil mərkəzi və
digər struktur bölmələrinin fəaliyyəti ilə
yaxından maraqlanıb. Ziyarətin sonunda xanım Tempel
universitetdə alman dili fənnini tədris edən yerli müəllimlərlə
fikir mübadiləsi aparıb.
Mədəniyyət.- 2015.- 11
dekabr.- S. 9.