Musiqi Mədəniyyəti
Muzeyində anım tədbiri
Dekabrın 10-da
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində
görkəmli dövlət xadimi, ulu öndər Heydər
Əliyevin anım günü münasibətilə tədbir
keçirildi.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək ümummilli liderin mədəniyyətimizin inkişafı yolunda atdığı müdrik addımlardan, göstərdiyi təkrarsız xidmətlərdən söz açdı. Qeyd etdi ki, Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi zaman kəsiyi mədəniyyətimizin intibah dövrüdür. Böyük rəhbər Azərbaycanın istedadlı, görkəmli mədəniyyət xadimlərinin əməyini daim diqqət mərkəzində saxlayırdı. Onun bu sahədə gördüyü işlər ölçüyəgəlməzdir...
Muzeyin “Xalq çalğı alətləri” daimi sərgisinin müdiri Təranə Zeynalova çıxışında ulu öndərin muzeyin nəzdində yaradılan Qədim Musiqi Alətləri Dövlət Ansamblının bədii rəhbəri, Xalq artisti Məcnun Kərimovla görüşündən danışdı. Qeyd etdi ki, Heydər Əliyev bu kollektivi, Məcnun Kərimovun qədim musiqi alətlərinin bərpası sahəsində əməyini yüksək dəyərləndirirdi. Ansamblın bir neçə üzvü fəxri adlara layiq görülüb.
Çıxışlardan sonra Qədim Musiqi Alətləri Dövlət Ansamblının ifasında Əbdülqadir Marağainin “Heydərnamə”, “Naxış bəstə” əsərləri səsləndirildi. Əməkdar artist Nuriyyə Hüseynova “Sarı gəlin”, “Küçələrə su səpmişəm”, “Qaragilə” xalq mahnılarını, Əlibaba Məmmədovun “Dəşti təsnifi” və s. ifa etdi. Çıxışlar alqışlarla qarşılandı.
Tədbirdə incəsənət xadimləri, mədəniyyət işçiləri, paytaxt muzeylərinin əməkdaşları iştirak edirdi.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 11
dekabr.- S. 7.