Musiqili Teatrda
xatirə mərasimi
Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı
ilə Azərbaycan Dövlət Musiqili Teatrında
ümummilli lider Heydər Əliyevin vəfatının
ildönümü ilə əlaqədar tədbir
keçirilib. Anım mərasimində rayon İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov, idarə və təşkilatların,
ali və orta təhsil müəssisələrinin, ictimaiyyətin
nümayəndələri, elm və mədəniyyət xadimləri
iştirak ediblər. Tədbirdə Heydər Əliyevin həyatına
həsr olunmuş filmlərdən parçalar nümayiş
etdirilib, musiqilər təqdim olunub. Fəridə Məmmədovanın
ifasında ariya, Xalq artisti Alim Qasımov və Əməkdar
artist Fərqanə Qasımovanın ifalarında
«Çırpınırdın, Qara dəniz», Ramil Qasımovun
ifasında ulu öndərin ən çox sevdiyi mahnılardan
olan «Alagöz» mahnısı maraqla qarşılanıb. Əməkdar
artist Aygün Bəylərin ifasında Leyla Əliyevanın
«Elegiya»sı, Xalq artisti Azər Zeynalovun ifasında
«Şükriyyə» səslənib, Xalq artisti Murad Hüseynov
«Dəniz» kompozisiyasını ifa edib.
Mədəniyyət.- 2015.- 11
dekabr.- S. 7.