Səhnədə
insan hüquqları
Bakı Uşaq Teatrı 10 dekabr - Dünya İnsan Haqları Günü münasibətlə Dövlət Mahnı Teatrında “İnsan Hüquqları” adlı tədbir-tamaşa təqdim edib. Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə keçirilən tədbirdə Bakı Uşaq Teatrının “Əşxas” (müəllif Abdulla Şaiq), “Həyatla oyun”, “Günahsız günahkarlar”, “Qeyri-adi məhkəmə” (müəllif Arzu Soltan) tamaşalarından səhnələr nümayiş olunub. Səhnə əsərlərinə İntiqam Soltan və Hacıbaba Məmmədov quruluş veriblər.
Tamaşalarda rollarda - İlhamə Əhmədova,
Niyaz Qasımov, Rauf Hüseynli, Cavanşir Məhərrəmov,
Sovqat Səmədova, Xəyalə Meydanova, Türkan
Şahmarlı, Şahin Kazımov, Rəfael Muradxanlı,
Müdvər Nemətova, Günay Pirizadə, Niyaz Novruzov
çıxış ediblər.
Mədəniyyət.- 2015.- 11
dekabr.- S. 6.