Hollandiyada
yaşayan soydaşımızın sərgisi
Dekabrın 13-də Hollandiyanın Haarlem şəhərindəki “RepubART2” qalereyasında azərbaycanlı rəssam Rasim Hüseynovun fərdi sərgisinin açılışı olub. Sərgidə rəssamın müxtəlif mövzularda çəkdiyi əsərləri nümayiş olunur.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan sərgi haqqında rəssam qəzetimizə bunları bildirdi: “Qalereyanın direktoru Marion Van Der Vegt Azərbaycanı sevən, onun mədəniyyətinə hörmət edən insandır. O, 6 ay öncə mənimlə telefon əlaqəsi yaradaraq bu sərgiyə hazırlaşmağı təklif etdi, məmnuniyyətlə razılaşdım”.
Qeyd edək ki, rəssam 16 ildir ailəsi ilə Hollandiyada yaşayır. Həyat yoldaşı Vəfa Rüstəmova da rəssamdır. Rasim Hüseynov 2008-ci ildən Boxtel şəhərindəki Sintlucas İncəsənət İnstitutunda müəllim işləyir və yaradıcılıqla məşğul olur.
Soltan
Mədəniyyət.- 2015.- 16
dekabr.- S. 10.