“Ədəbiyyat
şəhəri”
Ukraynanın Lvov şəhərinə “UNESCO-nun ədəbiyyat şəhəri” statusu verilib. Bu status şəhərə dünya kitab kontekstinə inteqrasiya, ədəbi turizmin inkişafı, Ukraynanın mədəniyyət sahəsində nailiyyətlərinin dünyada populyarlaşdırılması kimi imkanlar qazandıracaq.
İddiaçı şəhərin müsabiqədə iştirak etməsi üçün onun namizədliyi “UNESCO-nun ədəbiyyat şəhəri” adını almış şəhərlər tərəfindən dəstəklənməlidir. Lvovun namizədliyini Dublin, Edinburq, Norviç, Melburn və Krakov şəhərləri dəstəkləyib.
Xatırladaq ki, “UNESCO-nun ədəbiyyat şəhəri”
layihəsi 2004-cü ildən “Creative Cities” şəbəkəsi
çərçivəsində həyata keçirilir.
Proqramın məqsədi şəhərlərin sosial,
iqtisadi və mədəni inkişafına kömək etməkdir.
Mədəniyyət.- 2015.- 16
dekabr.- S. 10.