Tarixdə əbədi qalacaq ad

 

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində ümummilli liderin vəfatının 12-ci ildönümü ilə bağlı tədbir keçirildi. Xatirə tədbirinin qonağı Bakı Dövlət Universitetinin İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanov idi.

Tədbiri giriş sözü ilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru, fəlsəfə elmləri namizədi Ramazan Şabanov açaraq ümummilli liderin siyasi və dövlətçilik irsi haqqında danışdı.

Sonra söz qonağa verildi. Professor Ə.Qurbanov sevinc və qüruru eyni anda yaşayırdı. Çünki belə böyük şəxsiyyət ilə həyatın kəsişməsi hər kəsə nəsib olmur.

O, Bakı Dövlət Universitetində oxuyarkən təhsil ocağının tarix fakültəsinin V kurs tələbəsi Heydər Əliyevlə ilk görüşündən söz açdı, sonrakı illərdə bu böyük insanla dəfələrlə görüşdüyünü, onun siyasi və dövlətçilik fəaliyyətini yaxından izlədiyini diqqətə çatdırdı. Həzin, duyğulu xatirələr iştirakçılar tərəfindən maraqla qarşılandı.

Tarix iti ağıla, kəskin zəkaya, fenomen yaddaşa sahib insanları hər ölkəyə nəsib etmir. Bu mənada Azərbaycan dünyanın seçilmiş ölkələrindən biridir. Tarixə həkk olunan Heydər Əliyev adı və imzası dünya durduqca yaşayacaq.

 

Rəfiqə Rafiqqızı,

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin şöbə müdiri

 

Mədəniyyət.- 2015.- 16 dekabr.- S. 7.