Turizm və Menecment
Universitetində və Elmi-Metodik Mərkəzdə anım mərasimi
Dekabrın 11-də Azərbaycan Turizm və Menecment Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mərasim keçirilib.
Universitetin rektoru, professor Cəfər Cəfərov çıxış edərək bütün varlığı ilə vətəninə, xalqına bağlı olan müdrik siyasətçi və dövlət xadimi Heydər Əliyevin şərəfli və mənalı həyat yolundan, zəngin irsindən söz açıb, onun elm və təhsilə diqqət və qayğısından bəhs edib. Qeyd olunub ki, təhsil bütün dövrlərdə inkişafı müəyyənləşdirən mühüm amildir. Bizim vəzifəmiz ulu öndərin vəsiyyətlərinə sadiq qalıb layiqli vətəndaş, savadlı və peşəkar kadr hazırlığını həyata keçirmək, ölkəmizin dinamik inkişafına xidmət etməkdir.
ATMU-nun ictimai fənlər kafedrasının dosenti, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı, tədqiqat və inkişaf şöbəsinin əməkdaşı Kazım Quliyev, “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda 2-ci ümumrespublika bilik yarışının iştirakçıları, 1-ci kurs tələbələri Nicat İsmayılov və Abdulla Hacıyevin çıxışları maraqla dinlənilib.
* * *
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzində də xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Mərkəzin direktoru Asif Usubəliyev tədbiri
açaraq ümummilli liderin vəfatından on iki il
keçdiyini, onun həyat və fəaliyyətinin Azərbaycan
dövlətinin gələcək inkişafı
üçün zəngin irs olduğunu diqqətə
çatdırıb. Vurğulanıb ki, qeyri-adi şəxsiyyəti,
zəngin dövlətçilik təcrübəsi, fenomenal
siyasi bacarığı, böyük istedadı ilə fərqlənən
xarizmatik lider Heydər Əliyev hələ
sağlığında canlı əfsanəyə
çevrilmiş və öz şah əsəri olan müasir
müstəqil Azərbaycanı bütün dünyada şərəf
və ləyaqətlə təmsil edib.
Mədəniyyət.- 2015.- 16
dekabr.- S. 7.