"Vahidəm, xəlqimin qəzəl  şairiyəm"

 

M.Ə.Sabir adına Göyçay rayon Mərkəzi kitabxanasında Əlağa Vahidin 120 illik yubileyinə həsr olunmuş "Vahidəm, xəlqimin qəzəl şairiyəm" adlı tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Sahib Şükürov, MKS-nin direktoru Rövşən Balayeva, filoloq, şair, şəhər 7 saylı orta məktəbin direktoru Adil Məmməd, Rəsul Rzanın ev-muzeyinin direktoru Solmaz Həsənova çıxış edərək Əlağa Vahidin Azərbaycan ədəbiyyatında yerindən, poeziyamıza bəxş etdiyi zənginliklərdən danışıblar.

Şəhər 2 saylı tam orta məktəbin şagirdləri şairin qəzəllərindən ibarət kompozisiya təqdim ediblər. Yubiley tədbiri rayon Mədəniyyət evinin “Ümid 2” instrumental ansamblı üzvlərinin hazırladığı konsert proqramı ilə başa çatıb.

 

Mədəniyyət.- 2015.- 16 dekabr.- S. 6.