Əməkdaşımız mükafata layiq görülüb

 

Cənubi Koreyada keçirilən 24-cü Sejong Beynəlxalq Karikatura Müsabiqəsinin nəticələri açıqlanıb. Dünyanın məşhur karikatura yarışmalarından olan müsabiqə “Primitiv cəmiyyət”, “Çağdaş yaşam” və “Sərbəst” mövzuları üzrə keçirilib.

Yarışmaya 60 ölkədən 493 rəssam 1465 əsər təqdim edib, onlardan 296-sı mükafata layiq görülüb.

Ölkəmizi yarışmada 3 rəssam təmsil edib. Onlardan ikisi - qəzetimizin əməkdaşı Soltan Soltanlı və Hafiz Nəsiroğlu mükafatçılar sırasında yer alıblar. Hər iki rəssamın əsəri müsabiqənin uğur qazanmış əsərlərindən ibarət “Dünya karikatura ensiklopediyası”na daxil edilib.

Qeyd edək ki, əməkdaşımız, tanınmış karikaturaçı-rəssam S.Soltanlı 2003-cü ildə də sözügedən müsabiqənin mükafatına layiq görülüb.

 

Mədəniyyət.- 2015.- 16 dekabr.- S. 6..