Mədəni
özünüifadə müxtəlifliyinin qorunması və
təbliği
UNESCO-nun Hökumətlərarası Komitəsinin 9-cu sessiyası
Dekabrın 14-də Parisdə UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təbliği üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyası işə başlayıb.
Sessiyada Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun məsləhətçisi Günay Əliyeva iştirak edir.
Üç gün davam
edəcək sessiyanın gündəliyinə komitənin 8-ci
sessiyasının qısa hesabatının qəbulu, katibliyin 2014-2015-ci illər üçün
fəaliyyəti haqqında hesabat və
komitənin 2016 və 2017-ci illər üçün
iş planının hazırlanması, Mədəni
Müxtəliflik üzrə Beynəlxalq Fondun
implementasiya və Fandreyzinq
strategiyası və yeni layihələrin
təsdiqi, operativ normativlər layihəsinin
hazırlanması, komitənin növbəti sessiyasının
keçiriləcəyi yer və digər
məsələlər daxildir.
Mədəniyyət.- 2015.- 16
dekabr.- S. 2.