Sumqayıt rəssamlarının
sərgisi
Sumqayıt Dövlət Rəsm Qalereyasında şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birgə Sumqayıt rəssamlarının əsərlərindən ibarət "Rənglərin aləmi" adlı sərgi açılıb. Sərgidə 20-dək rəssamın əl işləri - rəngkarlıq, qrafika, keramika və xalça sənəti nümunələri nümayiş olunur.
Açılış mərasimində şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və digər rəsmilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov sərgi barədə məlumat verib, bu cür layihələrin şəhərin mədəni həyatına müsbət təsirindən danışıb.
Rəssam Nəsibə Şükürova çıxış edərək rəssamlara göstərilən diqqət və qayğıya görə şəhər rəhbərliyinə, Mədəniyyət və Turizm İdarəsinə, Dövlət Rəsm Qalereyasına təşəkkür edib.
Rəssamların problemləri ilə maraqlanan icra başçısı Zakir Fərəcov bundan sonra da onlara xüsusi diqqət ayrılacağını bildirib, uğurlar arzulayıb.
Tədbirdə Səid Rüstəmov adına 3
saylı uşaq incəsənət məktəbinin
şagird və müəllim kollektivi klassik əsərlərdən
ibarət musiqi nömrələri səsləndirib.
Mədəniyyət.- 2015.- 18
dekabr.- S. 15.