Mikayıl Abdullayev

 

Bu dünyanın al-əlvan rənglər karvanı sarbanlarından biri...

 

Bu dünyanın rənglər karvanı da əbədidir, onun bizim elli sarbanlarından olmuş Mikayıl Abdullayev də. O karvan forma və məzmun, saypay, sürət və vüsətcə müəyyən qədər sabit, sarbanlar isə istedad və qabiliyyət, janr və məhsuldarlıq, din və milliyyət, olum və ölümcə (həm fiziki, həm mənəvi anlamda) fərqli, rəngarəngdirlər. Bunların fərq özəllikləri barədə nə qədər desən də, öz rənglər gözəlliklərinin yerini verəsi deyil...

 

Sözügedən “tərəf”lərin hər ikisi - dünyanın rənglər karvanı da, onun bir karvansaralıq növbəti sarbanı - həmişəyaşar sənətkar Mikayıl Abdullayevböyük elmi-populyar, ədəbi-bədii, publisistik əsərlər, monoqrafiyalar mövzularıdır. Lakin, obrazlı olaraqkarvan” adlandırdığım “tərəf” nəhayətsiz (həm də quldur-saldırısız, “son mənzil”siz) bir sənət səfərində - dayanmadan davamdadır, onun bu növbəti “sarban”ı isə...

Ancaq onların hər ikisi dünya durduqca, zamanlara vardıqca yaşayası, gözlər baxıb, duyğular duyduqca qalasıdır. Müxtəlif qitəli, rəngarəng çeşni-stilli o gözəl sənət rəngləri içərisində, Mikayıl Abdullayev kimi fenomenlərimiz hesabına, biz də əbədi qalasıyıq. Deyirlər, insandan sonra söz yaranıb. Çox yaxşı. Amma, məsələn, sözdən bir az gec yaranmış sənətlər, bu ankı qəhrəmanımızın da istifadə etdiyi yaxıların yaranmadığı təqdirdə sözün özü nəyə gərəkmiş? ...Bu sonuncu söz (və bayaqdan mövzumun ovsarını buraxmayan karvan-sarban ifadələri) ulu Məmməd Arazın böyük Xudu Məmmədova ithafən yazdığı bir şeiri yadıma saldı:

 

Bax donqar dəvənin səbət yükünə,

Bənzəyir içiboş şöhrət yükünə,

Ömür karvanının sənət yükünə

Bir-iki qeyrətli söz yükləməsək, -

Sən kimə gərəksən, mən kimə gərək...

 

Rəssamdan, təsviri sənətdən danışdığım yerdə bu poeziya parçasına müraciət etməyimə məşhur “heç hənanın yeridir?” təəccübü ilə baxasılara deyim ki, bütün digər sənətlərin yaranmasının ilkin “müəllimi” şeir olub. Bu xüsusda çox söz işlətməmək xatirinə, eləcə, bütün uşaqları böyüdən laylaları, bayatıları xatırlamaq kifayətdir...

Məsələ həm də burasındadır ki, Mikayıl Abdullayev çox poetik rəssam idi. Hələ... ətrafına daim xoş əhval-ruhiyyə saçan bu adamın şəxsi xarakter poeziyası! Onun əsərləri real dünyanın, demək olar, hər yerindən, sənət dünyasının ən yüksək məntəqələrindən xəbər versə də, şəxsi dünyası Bakının ən “qapalı” milli məhəllələrini, abır-həyalı kəndlərini, “köhnə kişi”, “ağır-batman ağsaqqalkimi ifadələrini ehtiva edirdi. Və bütün bunlar bəndənizi belə bir yarımbaşlığa sövq edir:

 

Mikayılın rəngləri...

 

Mütəxəssislərin ümumi rəyinə görə, Mikayıl Abdullayevin fırça irsi, janr, mövzu, palitra aləmi onu bu sənətin ilk üçlüyündə qərarlaşdırıb. Amma mən də - onun adi, qeyri-həmkar müasirlərindən, yaradıcılıq, həyat-fəaliyyət aləminə bələdlərdən biri olaraq deyim ki, Mikayıl Abdullayev, layiqincə tərif-təqdirləmə, qədərincə sayğılama, dəyərincə təltifləmə sarıdan qələmlərimizin aciz, xalqımızın borclu, sovet hökumətinin xəcil qaldığı sənətkarlardandır. O özü isə insana, cəmiyyətə, bəşəriyyətə əsl milli-dünyəvi dostlardan idi. Həm də bu canlı, doğal münasibətləri, olsa-olsa, “natürmortçuluqla müqayisə etmək olardı; onun təbiətində plakatçılıqdan cüziolsun əsər-əlamət yox idi. O, başdan-başa natural portret, humanizm motivli canlı əsər təsiri bağışlayırdı. elə bu an bir xatirə-haşiyəyə çıxım.

...1970-ci illərin ortaları. Ədəbiyyat incəsənətqəzetində Ulduzjurnalında getmiş yazılarımın qonorarını almaq üçün Yazıçılar İttifaqının (AYB-nin) kassasına yaxınlaşıram. Dünyanındüz”, ədəbi mühitin saz tələbəliyinvızvaxtı ola, sən başını başlara qoşub, bu boyda məşhur təşkilatınxəzinədar”lığından para almağa gələsən forslanmayasan?! Mən isə bir az da zilə çıxıb, növbədəkilərdənbağışlayın, Siz o müasir qrammofon ədəbi tənqidi yıxıb-sürüyənTənqid bülbüloqrafiyapamfletinin, antisovetTəzə evlərdən reportajhekayəsinin müəllifi deyilsiz ki?” kimiheyrət, ey büt!” sualları gözləyirdim. Lakin hərəni öz qayğı qaş-qabaq dünyasında görüb, özüm sual verməli oldum: “Axırıncı kimdir?” Buradakıların hamısından ucaboy hər kəsdən gülərüz, diqqətcil bir kişi: “Axırda mənəm, oğul”- dedi gələcəyin jurnalisti (söz adamı) olası bəndəniz o böyük rəsm adamından bunu da öyrəndim ki, insanlaraaxırıncı kimdiryox, “axırda kimdirdeyərmişlər...

İmzasını sərgilərdəki təkrarsız rəsmlərdə gördüyüm, adını dillərdən, radiodan (yataqxanamızda televizor yox idi) eşitdiyim bu sənət igidinin üzünü, Tanrının xoş vaxtında yaratdığı xoşbəxt surət cizgilərini gördüm. Onun, vaxt-bivaxt ətrafına ovqat saçan təbəssümquaş”larını, baxış-duruşundakı təlqineskiz”lərini gördüm. o anlar fikirləşdim ki, özü bu görkə, fiziki-cismani əlvanlıqlara malik bir adam niyə o görkəmdə heyrani sənət səltənəti yaratmasın? Bu bioloji-psixoloji rənglər nədən ümumsosioloji zövq rənglərinə çevrilməsin?

Sonralar onu otağında, sərgi salonlarında, rəsmi törənlərdə, xəlqi məclis-mərəkələrdə gördüm. İş otağında, emalatxanasında səni elə qarşılayar, sənə elə diqqət, gen-bol vaxt ayırardı ki, deyərdin bəs, bu boyda sənətkarın işi-peşəsi elə buymuş. Sərgi salonlarında özranqa”sı ilə söhbət-məşvərətlərdə ikən, kənardaboynunu büküb”, qələm-mikrofon çəkib, onlardan birinin diqqətini cəlb etmək istəyən müxbirlərə elə bir munis üz göstərərdi ki, mövzunun batinindən bixəbər üzdülər, müsahibə zamanı, ondan buradakı rəsmlərintarix-nadir” elementlərilə bağlı müfəssəllikastarıda istəyirdilər. Bu professor, SSRİ Rəssamlıq Akademiyasının akademiki, Cəvahirəl Nehru adına beynəlxalq mükafat laureatı həmişə rəsmi xəlqi yığıncaqlarda - adlarıBiləcəridən bir az o yanaçıxmışlardan arxada dayanardı. Camaat arasında bir-iki ara sözlərilə kifayətlənər, bərə güdənlərin söz-söhbətlərindən yüz ov mənzili uzaq durardı.

, “Mikayılın rənglərideyibən başlasam da, düz-əməlli başa çıxa bilmədiyimportret” bu. Qaldı bu böyük şəxsiyyətin sənət portretləri, tabloları, peyzajları ki, bunun yarımbaşlığını daRənglərin Mikayılı” - deyə davam edək.

 

Belə ki...

 

Bu sözümün canından təəssüf motivasiyalı birrəsm boylanmada... Yəni, Mikayıl Abdullayev obrazlığında, universallığında, fantazlığında olan bir sənətkara da əksərənaktualmövzular diktələnib. O direktiv diktələr bu ipək qəlb sahibinin, qadir fırça ustadının qədər könül pıçıltılarını eşidilməz edib öz istedad sifarişlərini yerinəyetirilməz qoyub! Həşəmətli sovet tənqid-təbliğ ruporu onun daha gözəl, daha bəşəri əsərləri üstündən sükutla keçib, “Çəltikçi qızlarlövhəsini “XX əsr qadınının ən zəngin (!) mənəvi cizgilərini əks etdirən monumental tablokimi dəyərləndirirdi. Deyim ki, bu əsər çox maraqlı orijinal bir işdir. Lakin, axı, fitri bir istedad sahibini buistehsal-monumental” sahədə qədər saxlayıb işlətmək, bu sırf rəiyyət mövzularına qədərbəytərifietmək, sirli-sehrli təbəssümünə bütün dövrlərdə mənəvi ehtiyac duyulanCakonda”lıqlara dilsiz yasaqlar, elansız qadağalar qoymaq olarmış?!.

Deməzsənmi, bütün bunlara baxmayaraq, əlahəzrət istedad, dilsiz-ağızsız rənglər ayrıca milli bəşəri Mikayılını da yaratmaqda idi. Mingəçevir işıqları” - içlərində mənəvi ziyaları, psixoz-psixolojilərində azadlıq nurları söndürülməkdə olan insanların, heç olmasa, gözlərinə, zövqlərinə işıq saçırdı.Xaçmaz qızları”ndakı gözəllərdən bir-ikisinin baxışlarısovet xarüqələri”ndən xəbər verirdisə, bəlkə, onların bir qədər mübhəm-müqəyyəd baxışlısı da qonşu Qubadakı quyularda uyuyanxəbərsiz”lərə işarət idi? Dünənki XankəndinəStepanakertdeyən, sabahkı Xocalıda oğul-uşağının qanlı köynəyini ağlayasıQarabağlı qızlarinternasional, “Lənkəranlı kolxozçu qadın”lar qəhrəmani-sosial motivli marşlar təsiri ilə bahəm, gizli bir şərqi, təsnif, muğam zümzüməsi duyururdular. Yəni, bu kimi deqradasion inteqrasiyalara məruz qalmış sənətkar böyük zamanlara, əbədiqalımlara işləməyə vaxt fürsət tapırdı. Məsələn, “Azərbaycan çöllərindəbu heyrətamiz rəngkarın sənətkarlıq bacarığını büsbütün əks etdirən bir əsərdir. Bu rəsm tamaşaçıya Mirzə Cəlilin bədii təhkiyə dili qədər sadə, zəngin, Qara Qarayevinİldırımlı yollar”ı kimi dinamik, Fikrət ƏmirovunAzərbaycan kapriççiosuhalətində çılğın-dolğun təsir-təlqinlər edir. Abşeronlu qadın”ın formasında dünyanın bütün ucqarlılarına məxsus həya, məzmununda bütün sivilizasiya mərkəzlilərinə şamil ziya vardır.Ananın gəncliyi başqa əsərləri öz müşahidə dövrlərindən gələcək zamanlara faktik informasiya, sentimental-mental harmoniya, milli-mənəvi emosiya daşıyası tablolar, portretlər, peyzajlardır...

Deyirəm, sənətkarların təqdimatı, adətən, “həyat yaradıcılığıformulunda olur. Bu yazıdasa yaradıcılıq önə, həyat sona keçdi. Beləliklə, dünya çaplı fırçasıyla bəşər zövqlü əsərlər yaratmış, London, Moskva, Dehli, Monreal kimi böyük sənət mərkəzlərində fərdi sərgiləri keçirilmiş, bir çox nümunələri ən nümunəvi muzeylərin əbədi saxlancına çevrilmiş bu sənətkarın qısaca -

 

Həyat təsviri

 

Deyim ki, uzun ömür yaşayıb, zəngin yaradıcılıq yaratmış Mikayıl Abdullayev yazı-pozulardakıhəyatbölümü üçün o qədər mirasqoymayıb. Çoxlarından fərqli olaraq, bu şəxsin qələmə əl verən qəribəlikləri yoxdur. Görünür, bu həyat sahibinin yaradıcılıqdan başqa heç ilə işi olmayıb. Sadəcə, 1921-ci ildə doğulub, 1939-da - 18 yaşında Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib, 28 yaşında Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbinin ən istedadlı perspektivli məzunu kimi işə başlayıb. Yaxın ətrafındaMikayıl qəlbində Sergey Gerasimovun dünyəvi fantaziyasını, əlində Bəhruz Kəngərlinin milli fırçasını gəzdirirkimi deyimlər formalaşdırıb.

Gəncliyininoğlan çağları”nda (Ə.Əzimzadənin Mircəfər Bağırovdan xahişi səbəbilə müharibədən qalaraq) öz fırçasıyla şəhər kəndləri fotoaparat, kinokamera əvəzi gəzib-dolaşaraq, xalqın qoluna qüvvət, qəlbinə təsəlli verməyə çalışıb.

...Bu da 2002-ci ilin qızmar avqust günlərindən biri. Ömrün doqquzuncu onilliyinə yenicə qədəm qoymuş sənətkar əbədiyyətə qovuşur...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.- 18 dekabr.- S. 13.