Qubada “Günbəzli hamam”
abidəsi bərpa olunur
Quba şəhərində XVIII-XIX əsrlərə
aid olan “Günbəzli
hamam” tarixi abidəsinin
bərpasına başlanılıb. Təmir-bərpa işləri
Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq
çərçivəsində, ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondunun
maliyyə dəstəyi ilə həyata keçiriləcək.
Bununla əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta dekabrın 14-də Qubada olub. Abidə ilə tanış olan səfir həyata keçirilən layihənin iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.
Bildirilib ki, ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondu 2001-ci ildən etibarən dünyanın 100-dən çox ölkəsində müxtəlif qədim və tarixi binaların, nadir əlyazma və muzey kolleksiyalarının, məhv olmaq təhlükəsi ilə üzləşən arxeoloji ərazilərin, eləcə də müxtəlif mədəni irs nümunələrinin qorunmasına dəstək verib.
Xatırladaq ki, “Günbəzli
hamam” Şərq memarlıq üslubunda tikilib. İki tağdan
ibarətdir. Geniş salonu olan hamamın istilik sistemi odunla işləyib. 1985-ci ilədək əhalinin istifadəsində olub.
Azərbaycanda qırmızı bişmiş kərpicin erkən istifadə texnikasını nümayiş
etdirən tikili Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.
Mədəniyyət.- 2015.- 18 dekabr.- S. 11.