Türkiyədə
yaşayan pianoçu
soydaşımız ADMİU-da ustad dərsi keçib
Dekabrın 16-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Türkiyədə yaşayıb fəaliyyət göstərən pianoçu, Şanlıurfa Harran Universitetinin dosenti Əfqan Salayev instrumental ifaçılıq kafedrasının tələbələrinə ustad dərsi keçib.
Əvvəlcə musiqi sənəti fakültəsinin dekanı, dosent Ellada Hüseynova çıxış edərək Efqan Salayev haqqında məlumat verib, belə ustad dərslərinin tələbələr üçün faydalı olduğunu vurğulayıb.
Əfqan Salayev pedaqoji fəaliyyəti və ifaçılıq təcrübəsindən danışıb. Sonra baş müəllimlər Humay Mansurova, Rəşad Kazımov, Sevda Axundova, dosentlər Səbinə Mehdiyeva və Cəmalə Nəsirovanın tələbələrinin ifaları dinlənilib.
Əfqan Salayev tələbələrin
ifasının bütün
nüanslarına diqqət yetirərək, onlara
əsərlərin ifa texnikası, ifa tərzi və s. ilə
bağlı dəyərli məsləhətlərini verib.
Mədəniyyət.- 2015.- 18
dekabr.- S. 9.