Qeyri-maddi mədəni irsin qorunması üzrə milli seminar

 

UNESCO-nun müvafiq konvensiyasından irəli gələn məsələlər müzakirə olunub

 

15-16 dekabr tarixində Bakı Biznes Mərkəzində Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiya”sının yerinə yetirilməsi üzrə milli seminar keçirilib.

 

Seminarın keçirilməsində əsas məqsəd konvensiyanın məqsədləri, mexanizmləri, operativ direktivləri, konvensiya ilə əlaqədar ölkələrin öhdəlikləri, sənəddə müəyyən edilən əsas anlayışlar haqqında məlumatlılığın artırılması, qeyri-maddi mədəni irsin qoruma tədbirlərinin növləri, riskləri planları haqqında müzakirələrin aparılması idi.

Seminarda Azərbaycan Milli Elmlər Akademiyasının, ölkənin aparıcı muzeylərinin nümayəndələri, qeyri-maddi mədəni irsin tədqiqi mühafizəsi ilə məşğul olan şəxslər iştirak ediblər.

Tədbirin yekununda Mədəniyyət Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edərək nazirlik adından iştirakçılara təşəkkürünü bildirib. Qeyd edilib ki, konvensiyanın tələblərinin müvafiq təlimatların daha dərindən mənimsənilməsi Azərbaycanın UNESCO-ya öz mədəni elementlərinin nominasiya sənədlərini yüksək peşəkarlıqla hazırlayaraq təqdim etməsi onların qorunması, həmçinin xalqımızın mədəni irsinə qarşı işğalçı Ermənistanın təcavüzünün qarşısının beynəlxalq sənədlərə istinad olunmaqla alınması kimi iki vacib amillə bağlıdır.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib seminarın gələcəkdə daha böyük auditoriya üçün keçirilməsi qərara alınıb.

 

Mədəniyyət.- 2015.- 18 dekabr.- S. 6.