Kərim Tahirov Avrasiya Kitabxanalar Assambleyasının
vitse-prezidenti seçilib
Azərbaycan Milli Kitabxanasının
direktoru, professor Kərim Tahirov 14-16 dekabr tarixində keçirilən IV Sankt-Peterburq
Beynəlxalq Mədəniyyət
Forumunda iştirak edib.
Forumda təşkil
olunan “MDB məkanında
kitab və oxu” dəyirmi masasında K.Tahirov rəhbərlik etdiyi kitabxananın fəaliyyəti,
kitab təbliği və yeni mütaliə
metodları mövzusunda
çıxış edib.
Forum çərçivəsində
Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XVIII ümumi
iclası keçirilib. T.Kərimov iclasda
kitabxanaçılıq sahəsində
əməkdaşlıq, elektron
kitabxanaların virtual oxu
zallarının açılması
məsələləri ilə
bağlı müzakirələrdə
iştirak edib.
İclasda Rusiya və Belarus milli kitabxanalarının direktorları ilə yanaşı, Kərim Tahirov da assambleyanın
vitse-prezidenti seçilib.
Mədəniyyət.- 2015.- 18 dekabr.- S. 6.