Yaradıcılıq studiyası “Uğureşqi təqdim edib

 

Azərbaycan Dövlət Musiqili Teatrında yenidən fəaliyyətə başlayan yaradıcılıq studiyasının açılışı olub.

Mərasimdə çıxış edən teatrın direktoru Əliqismət Lalayev studiyanın yaradılmasının məqsəd və məramından söz açıb. O, ümidvar olduğunu bildirib ki, studiya istedadlı gənclərimizin öz yaradıcı potensiallarını nümayiş etdirmək üçün bir meydan olacaq. Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal da bu addımın Musiqili Teatra töhfələr verəcəyini deyiblər.

SonraUğureşq” adlı konsert-tamaşa təqdim olunub. Gültac Əlili və Hüseyn Əlilinin iştirak etdiyi tamaşaya gənc rejissor Tamilla Aslanova quruluş verib.

Yaradıcılıq studiyasının rəhbəri Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərovdur. Studiyada Musiqili Teatrın gənc əməkdaşları ilə yanaşı, keçirilmiş müsabiqə nəticəsində müraciət etmiş ölkənin bir sıra teatrlarının gənc aktyor və rejissorları, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də iştirak edirlər.

 

Mədəniyyət.- 2015.- 18 dekabr.- S. 6.