ABŞ səfirliyinin
müşaviri Turizm və Menecment Universitetində olub
Azərbaycan Turizm və Menecment Universitetində
ABŞ-ın ölkəmizdəki
səfirliyinin iqtisadi məsələlər üzrə
müşaviri Karter Vilbur ilə görüş keçirilib. Universitetdən
bildirilib ki, rektor Cəfər Cəfərov qonağa ali təhsil
ocağının yaranma
tarixi, beynəlxalq əlaqələri, gələcək
planları haqqında
məlumat verib.
Görüşdə əməkdaşlığın perspektivləri, universitetin
tələbələrinin ABŞ-ın nüfuzlu hotellərində təcrübə
imkanlarının reallaşdırılması
ilə bağlı fikir mübadiləsi aparılıb.
Mədəniyyət.- 2015.- 16 dekabr.- S. 5.