Almaniyada Azərbaycan turizminin təbliğinə dair tədbirlər

 

Azərbaycanın turizm potensialının Almaniya turizm bazarında təbliğ təşviq edilməsi məqsədilə Mədəniyyət Turizm Nazirliyi iləAviareps Tourism” şirkəti arasında artıq ikinci ildir ki, əməkdaşlıq uğurla davam etdirilir. Bu məqsədləAviareps Tourism GmbH” şirkəti tərəfindən noyabr-dekabr aylarında Ştutqart, Köln, Hannover Drezden şəhərlərində silsilə təbliğat tədbirləri (roadshow) təşkl edilib.

Tədbirlər çərçivəsində nümayəndəlik tərəfindən Azərbaycana dair təqdimatlar edilib həmçinin Ştuttqartda 85, Kölndə 90, Hannoverdə 67, Drezdendə isə 65 iştirakçı olmaqla ümumilikdə 300-dən çox alman turoperatoruna təlimlər keçirilib. Təqdimatlarda ölkəmizə dair ümumi informasiya, statistik göstəricilər, uçuş imkanları, milli mətbəx, sağlamlıq qış turizmi haqqında məlumatlar öz əksini tapıb. Həmçinin, iştirakçılara ölkəmizin turizm potensialına dair reklam-çap məhsulları alman dilindəAserbaidschanbələdçi kitabı paylanılıb.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən Almaniyanın 200 turoperatoru üçün onlayn (e-learning) seminarın keçirilməsi planlaşdırılır.

 

Mədəniyyət.- 2015.- 18 dekabr.- S. 5.