Yapon və azərbaycanlı
musiqiçilər bir səhnəni
bölüşüblər
Ölkəmizdə səfərdə olan Yaponiyanın “VA-LİQA” musiqi qrupu dekabrın 17-də Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edib. Yaponiyanın Bakıdakı səfirliyinin və JTİ (Japan Tobacco İnternational) şirkətinin təşkilatçılığı ilə gerçəkləşən konsert “Gündoğar ölkə ilə Odlar yurdunun qovuşması” adı altında baş tutub.
Əvvəlcə Yaponiyanın Bakıdakı səfiri Tsuquo Takahaşi çıxış edərək son illər iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərindən danışıb. Yaponiyanın Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu bildirən diplomat belə mədəni tədbirlərin əhəmiyyətini vurğulayıb.
Konsertdə “VA-LİQA” qrupu yapon musiqi alətlərində milli musiqi və muğama bənzəyən folklor mahnısı təqdim edib.
Böyük maraqla qarşılanan gecədə həmçinin Azərbaycanın bir sıra muğam ifaçıları ilə yaponiyalı musiqiçilərin repertuarında hər iki ölkənin milli mahnılarının sintezi səsləndirilib.
“VA-LİQA” musiqi qrupu indiyədək dünyanın müxtəlif
ölkələrində 300-dən artıq
çıxış edib. Qrup
müxtəlif janrlarda olan
yapon ənənəvi musiqisi
ilə yanaşı, həm də onun xarici ölkələrdə
tanıdılması və təbliği ilə məşğuldur.
Mədəniyyət.- 2015.- 18
dekabr.- S. 2.