“Ədəbiyyat
paytaxtı”nda dəyirmi masa
Dekabrın 17-də Şamaxı şəhər Mərkəzi kitabxanasında “XVIII-XIX əsrlər Şamaxının ədəbi mühiti - ədəbi məclislər” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masa Mədəniyyət və Turizm Nazirliyinin “Xalq Yaradıcılığı Paytaxtları” proqramına əsasən Şamaxının 2015-ci il üzrə “Azərbaycanın Ədəbiyyat Paytaxtı” elan olunması ilə bağlı tədbirlər çərçivəsində təşkil olunub.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Rəfail Tağızadənin “Beytüs-səfa” ədəbi məclisi”, MKS-nin direktoru Ərəstun Xələfovun “Muğamla yoğurulmuş ömür - Mahmud Ağa”, Mərkəzi kitabxananın əməkdaşı Şəfəq Atakişiyevanın “XVIII əsr Şamaxının ədəbi mühiti”, şəhər 9 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Pərviz Maqsudovun “XIX əsr Şamaxının ədəbi mühiti” mövzularında məruzələri dinlənilib.
Tədbirin sonunda Avropa liseyinin şagirdləri
XIX-əsr Şamaxı şairlərinin şeirləri əsasında
hazırladıqları ədəbi kompozisiyanı təqdim
ediblər.
Mədəniyyət.- 2015.- 18
dekabr.- S. 2.