Azərbaycanlı aşıq-alim Türkiyədə mükafata layiq görülüb

Türkiyənin Qaziantep Universitetinin professoru, aşıq, musiqifolklor tədqiqatçısı İlqar İmamverdiyevXalq musiqisinə xidmət” mükafatı ilə təltif olunub. İstanbul Böyükşəhər Bələdiyyəsi və Motif Fondu tərəfindən təsis olunan mükafat 21-ci dəfə sahiblərinə təqdim edilib.

İ.İmamverdiyev bu mükafata Türkiyədə musiqi elminin inkişafı üçün səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, 30-dan çox kitab müəllifi olan həmyerlimiz Türkiyədə “Xalq musiqisinə xidmət” mükafatı ilə təltif olunan ilk xarici vətəndaşdır.

Soydaşımız mükafatı Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsi olduğunu diqqətə çatdıraraq deyib: “Əməyimə verilən bu mükafat bütövlükdə Azərbaycan musiqi elminin qazandığı uğurdur”.

 

Mədəniyyət.- 2015.- 23 dekabr.- S. 15.