Əməkdar artist Ələsgər Məmmədoğlu vəfat edib

 

Azərbaycan mədəniyyətinə itki üz verib. İstedadlı teatrkino aktyoru, respublikanın Əməkdar artisti Ələsgər Məmmədoğlu 2015-ci il dekabrın 21-də, 69 yaşında vəfat edib.

Ələsgər Məmmədoğlu 1946-cı il fevralın 9-da Bakı şəhərində anadan olub. 1975-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dramkino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildən Sumqayıt Dövlət Dram Teatrında, sonra isə Tədris Teatrında fəaliyyətini davam etdirib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb.

Ələsgər Məmmədoğlu bir çox teletamaşalarda (Şair - "Evləri köndələn yar", Milis işçisi - "Yaşıl eynəkli adam", Nökər - "Mehmanxana sahibəsi", Narsatan - "Qatarda", Gümrah - "Alov") yaddaqalan obrazlar yaradıb. Aktyor "Ömrun səhifələri", "Xoşbəxtlik qayğıları", "Bəyin oğurlanması", "Tehran-43" başqa bədii filmlərə, "Mozalan" satirik kino-jurnalının 20-yə yaxın süjetinə çəkilib.

Milli teatr kino sənətinin inkişafına bütün qüvvəsini sərf edən istedadlı aktyorun xidmətləri yüksək qiymətləndirilib. O, 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Ələsgər Məmmədoğlunun əziz xatirəsi onu sevənlərin qəlbində yaşayacaq.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2015 23 dekabr.- S. 11.