Mədəniyyət
və Turizm Nazirliyinin
saytı mükafata layiq
görülüb
2015-ci il üzrə
Milli İnternet Mükafatının (“Milli
Net 2015”) qalibləri elan
olunub. Mədəniyyət və Turizm
Nazirliyinin www.mct.gov.az internet saytı mükafatın “Elektron hökumət” nominasiyası üzrə
III yerə layiq görülüb.
Qeyd edək
ki, müsabiqəyə
14 nominasiya üzrə
ümumilikdə 299 sayt
təqdim edilib və səsvermədə
iştirak edib. Səsvermə üç istiqamət üzrə iki mərhələdə keçirilib.
Milli İnternet Mükafatı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və “Azercell” şirkətinin baş sponsorluğu ilə keçirilib.
Mədəniyyət.- 2015.- 23 dekabr.- S. 7.