Turizm və rekreasiya
XXI əsrdə: problemlər, perspektivlər
Azərbaycan Turizm və Menecment Universitetində beynəlxalq elmi-praktik konfrans
Dekabrın 19-da Azərbaycan Turizm
və Menecment Universitetində (ATMU) tədris
ocağının 10 illiyinə
həsr olunmuş “Turizm və rekreasiya XXI əsrdə: problemlər, perspektivlər”
mövzusunda II beynəlxalq
elmi-praktik konfrans keçirildi.
Tədbiri giriş sözü
ilə açan
ATMU-nun rektoru, professor Cəfər
Cəfərov bildirdi ki, 2006-cı ildə ölkə başçısının
təşəbbüsü ilə yaradılan ali məktəb
fəaliyyətinin ilk dövrlərindən
ixtisaslı kadr hazırlığı ilə
yanaşı, turizm sahəsində elmi-tədqiqatların
aparılmasına xüsusi
önəm verir, o cümlədən bir sıra beynəlxalq və respublika miqyaslı konfranslara ev sahibliyi edib.
Qeyd olundu ki, budəfəki
konfransda Azərbaycanla
yanaşı, bir sıra xarici ölkələrdən alim
və mütəxəssislər
iştirak edirlər.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva
ölkəmizdə turizm
sahəsində görülən
işlərdən, həyata
keçirilən layihələrdən
danışdı. Qeyd etdi
ki, ATMU-nun yaradılması
ilə Azərbaycanda turizm sahəsində peşəkar kadrlar hazırlığı işi
dünya standartları
səviyyəsinə çatdırılıb.
Universitet ölkə turizminin
inkişafına öz
töhfəsini verir.
Nazir müavini konfransın mövzusunun əhəmiyyətini
və aktuallığını
da diqqətə çatdırdı.
Tbilisi Dövlət Universitetinin professoru M.Qvindjiliya “Gürcüstanda şəhər
turizminin inkişafının
əsas istiqamətləri”,
Qumilyov adına
Avrasiya Milli Universitetinin (Qazaxıstan)
əməkdaşları - biologiya
elmləri doktoru Q.Aydarxanova və biologiya elmləri namizədi A.Saqnayeva, kimya elmləri namizədi J.Kojina “Qazaxıstanda ekoturizmin
forma və növləri”,
Bolqarıstan İqtisad
Universitetinin əməkdaşı
H.Nedialkova “Bələdçi
xidmətinin keyfiyyəti”
mövzusunda məruzələrlə
çıxış etdilər.
Məruzələr geniş müzakirə
olundu.
Avropa Təbiət
Elmləri Akademiyasının
üzvü, Əməkdar
elm xadimi, professor Əli
Əlirzayev və digər azərbaycanlı
alim və tədqiqatçıların çıxışları
da maraqla qarşılandı.
Tədbir
işini “Turizm və rekreasiya ehtiyatlarının tədqiqinin
nəzəri və praktik əhəmiyyəti”,
“Turizm bazarı: müasir vəziyyət, problemlər və inkişaf perspektivləri”,
“Turizm biznesinin təşkili və idarə edilməsi”, “Turizm mədəniyyətlərarası
dialoq vasitəsi kimi”, “Turizm üçün kadr hazırlığı”, “Turizmdə
informasiya texnologiyalarının
tətbiqi” bölmələri
üzrə davam etdirdi.
Konfransda ümumilikdə turizmin müxtəlif sahələrinə
dair 40-dan çox məruzə dinlənildi. İştirakçılara
konfransdakı məruzə
və çıxışlar
əsasında nəşr
olunan “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının
4-cü xüsusi buraxılışı
təqdim edildi.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 23
dekabr.- S. 6.