ATMU tələbələrinin
uğuru
Turizm və Menecment Universitetinin tələbələri “Avropa Gənclər Parlamenti - Azərbaycan” İctimai Birliyi tərəfindən təşkil olunan “IV Milli Seçki Konfransı” sessiyasında iştirak ediblər. Tələbələrdən Rüfət Mirfeyzullazadə və Anastasiya Pavlotskaya 125 gənc arasında fərqlənərək 2016-cı ildə Dublində keçiriləcək 81-ci və Reyndə keçiriləcək 82-ci beynəlxalq sessiyalarda iştirak etmək hüququ qazanıblar.
Qeyd edək ki,
Avropa Gənclər Parlamenti
hər il Avropanın 41 ölkəsində
30 mindən çox gəncin
iştirakı ilə 350-dən çox regional, beynəlxalq və yerli
tədbirə imza atır.
Mədəniyyət.- 2015.- 23
dekabr.- S. 6.