QHT-lər Lahıc misgərlik sənəti ilə bağlı layihə təklifləri hazırlayacaqlar

 

Dekabrın 21-də Mədəniyyət və Turizm Nazirliyində Azərbaycanın Lahıc misgərlik sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinə həsr olunmuş görüş keçirilib.

Tədbir UNESCO siyahısına daxil edilmiş Lahıc misgərlik sənəti barədə qeyri-hökumət təşkilatlarını məlumatlandırmaq və bu sahədə yeni layihələrin həyata keçirilməsinə təkan vermək məqsədilə təşkil edilib.

Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri, İsmayıllı Turizm İnformasiya Mərkəzinin direktoru Səbuhi Suleymanov, “Lahıc” Tarix-Mədəniyyət Qoruğunun nümayəndəsi, xalq sənətkarlığı və əl işləri sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının rəhbərləri və Lahıc misgərlərinin iştirakı ilə müzakirələr aparılıb.

QHT rəhbərlərinə səslənən fikirlərin layihə formasında nazirliyə təqdim olunması təklif olunub.

 

Mədəniyyət.- 2015.- 23 dekabr.- S. 6.