“Kitabi-Dədə Qorquda həsr olunmuş açıq dərs

 

Dekabrın 18-də “Kitabi-Dədə Qorqud” dastanının alman dilinə tərcümə və nəşr edilməsinin 200 illiyi münasibətilə Səbail rayon MKS-nin Mərkəzi kitabxanası rayonun 189-190 saylı tam orta məktəblə birlikdə tədbir keçirib.

7-ci sinif rus bölməsi üçün Azərbaycan dili fənni üzrə “Kitabi-Dədə Qorqud” dastanının “Qazılıq Qoca oğlu Yeynək” boyu əsasında açıq dərsi Azərbaycan dili və ədəbiyyatı müəllimi Təranə Rzayeva aparıb. Dərsdə tarix müəllimi Sevil Tağıyevanın da məruzəsi dinlənilib.

Mərkəzi kitabxananın baş metodisti Günel Babayeva açıq dərsin mövzusu əsasında hazırlanmış elektron kitab sərgisini şagirdlərə təqdim edib.

 

Mədəniyyət.- 2015.- 23 dekabr.- S. 6.