Görkəmli kinorejissorun xatirəsi anılıb

 

Dekabrın 22-də görkəmli kinorejissor, Xalq artisti Həsən Seyidbəylinin anadan olmasının 95-ci ildönümündə kino xadimləri sənətkarın Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, ittifaqın icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, kinostudiyanın əməkdaşları Həsən Seyidbəylinin xatirəsini ehtiramla yad ediblər.

Cəmil Quliyev kinorejissorun zəngin yaradıcılığından söz açıb. Bildirilib ki, Azərbaycan kinosuna parlaq nümunələr bəxş etmiş Həsən Seyidbəylinin zəngin irsi gələcək nəsillər üçün örnəkdir. “Nəsimi”, “Sən niyə susursan?”, “Möcüzələr adası”, “Bizim Cəbiş müəllim”, “Telefonçu qız” filmləri rejissora böyük şöhrət qazandırıb.

 

Mədəniyyət.- 2015.- 23 dekabr.- S. 2.