Kanadada Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü qeyd edilib
Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Ottava şəhər meriyasının binasında tədbir keçirilib.
Səfirlikdən bildirilib ki, tədbirdə Ontario əyalətinin parlament üzvü Cek Maklaren, Türkiyənin Kanadadakı səfiri Selcuk Ünal, Kanada Müdafiə Nazirliyinin milli kadet proqramının komandiri, general-briqadir Keli Voyden, Ottava, Toronto və Monreal şəhərlərində yaşayan 100-dən çox soydaşımız iştirak edib.
Əvvəlcə Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbi şagirdlərinin ifasında Azərbaycanın və Kanadanın dövlət himnləri səsləndirilib.
Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən söz açıb.
“Vətən” Azərbaycan İncəsənət
və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənovanın təbrikindən sonra qonaqlara Torontoda fəaliyyət göstərən mərkəzin
şagirdlərinin və “Təbriz” ansamblının ifasında
milli musiqi və rəqs
nümunələrimiz təqdim olunub.
Mədəniyyət.- 2015.- 25
dekabr.- S. 16.