Mədəni irsin tanıdılmasında musiqi folklorun rolu

 

Dekabrın 17-də Bülbülün memorial muzeyində "Mədəni irsin tanıdılmasında musiqi folklor ənənələrinin rolu" mövzusunda seminar keçirilib.

 

Tədbiri muzeyin direktoru Fərqanə Cabbarova açaraq bildirib ki, 1976-cı ildən fəaliyyət göstərən muzeydə peşəkar vokal sənətimizin banisi Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti, Azərbaycan musiqi incəsənətinin bütün sahələrinə aid yaradıcılığı haqqında 9000-ə yaxın sənəd material toplanıb. Direktor xalq musiqisinin görkəmli ifaçısı böyük bilicisi olan Bülbülün həyat yaradıcılığından, folklor nümunələrini toplamasından, tədqiqat mərkəzi yaratmasından bəhs edib.

Sonra Üzeyir HacıbəylininKoroğluoperasından Bülbülün ifaları səsləndirilib.

Seminarın təşkilatçılarından solan MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Azərbaycan xalqının musiqi irsinin öyrənilməsi, muğam və aşıq sənətinin inkişafı istiqamətində beynəlxalq səviyyədə xeyli işlərin görüldüyünü vurğulayıb, qurumun bu sahədə töhfələrindən bəhs edib, “Tərəkəmə çərşənbəsi” folklor festivalından söz açıb.

AMEA-nın Folklor İnstitutunun elmi işçiləri, filologiya üzrə fəlsəfə doktorları Elçin Qaliboğlu, Şakir Albalıyev Bülbül irsi haqqında danışıblar. Onun klassik musiqi ilə ənənəvi musiqimizin vəhdətini yaradan dahi sənətkar olduğu vurğulanıb.

Gənc kamançaçı Cahandar Mikayılovun rəhbərlik etdiyi musiqi qrupunun üzvləri Bülbülün repertuarından “Qara tellər” və “Küçələrə su səpmişəm” mahnılarını ifa ediblər. MİRAS İctimai Birliyinin layihəsi olan “Axtaçı obası - Tərəkəmə çərşənbəsi” sənədli filmi izlənilib. Sonda tədbir iştirakçıları muzeylə tanış olublar.

 

Mədəniyət.- 2015.- 25 dekabr.- S. 13.