“Azərbaycan folklorşünasları” kitabı işıq üzü görüb

 

Filologiya üzrə elmlər doktoru, professor Cəlal Qasımovun “Azərbaycan folklorşünasları (1920-1950)” kitabı “Elm” nəşriyyatında işıq üzü görüb.

Tədqiqatda 1920-1950-ci illərin elmi mühiti, xüsusən də Azərbaycan folklorşünaslarının repressiyatotalitar rejim şəraitində göstərdiyi fədakarlıqlar faktlar və sənədlər əsasında öyrənilib. Kitabda ayrı-ayrı folklorşünaslarla bağlı ilk dəfə aşkara çıxarılan arxiv materialları Azərbaycan folklorşünaslıq elminin tarixini, onun diqqətdən kənarda qalmış bir çox məsələlərini öyrənmək üçün böyük önəm daşıyır.

Nəşrin elmi redaktoru Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu, rəyçilər filologiya üzrə elmlər doktoru, professor Kamran Əliyev, filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoydur.

 

Mədəniyyət.- 2015.- 25 dekabr.- S. 12.