Dahi bəstəkarın yubileyi ilə bağlı tədbir
Göygöl rayon Mədəniyyət mərkəzində Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan şöbənin müdiri Şərqiyyə Hümbətova bildirib ki, Üzeyir Hacıbəylinin yubileyinin dövlət səviyyəsində qeyd olunması mədəniyyətimizə, incəsənətimizə verilən diqqət və dəyərin bariz nümunəsidir.
Sonra bəstəkar
haqqında sənədli film nümayiş etdirilib. Mədəniyyət
mərkəzinin “Nərgiz” xalq kollektivi, Aşıq Şəmşir adına
uşaq musiqi məktəbinin
xoru, "Bahar" rəqs
qrupunun çıxışı olub. Dram dərnəyi səhnəcik
təqdim edib.
Mədəniyyət.- 2015.- 25
dekabr.- S. 7.