"Kitabsız bir ömrün nə mənası var"

 

Neftçala rayon Mərkəzi kitabxanasının yenidən təşkilinin 30 illiyinə həsr olunmuş "Kitabsız bir ömrün nə mənası var" adlı ədəbi-bədii gecə keçirilib. Çıxış edənlər kitabxananın keçdiyi yola nəzər salıb, xoş arzularını dilə gətiriblər. Kitabxanaçı R.Mahmudova Xalq şairi Nəriman Həsənzadənin “Kitabxanaçı” şeirini səsləndirib. Sonda kitabxananın bəzi işçilərinə, təqaüddə olan kitabxanaçılara hədiyyələr təqdim olunub.

 

Mədəniyyət.- 2015.- 25 dekabr.- S. 7.