Nazir Türkiyənin Adana vilayətinin nümayəndə heyəti ilə görüşüb

 

Dekabrın 23-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görkəmli teatr xadimi Cahangir Zeynalovun 150 illik yubileyi münasibətilə ölkəmizə səfərə gəlmiş nümayəndə heyəti ilə görüşüb. Heyətdə Türkiyənin Adana Böyükşəhər Bələdiyyəsinin başqanı Hüseyn Sözlü, başqan müavini Halil Avşar, Adana Böyükşəhər Bələdiyyə Teatrlarının müdiri İsmayıl Dikilitaş, Adana valisinin müavini İsmayıl Hakkı Ertaş, Azərbaycanın Xalq artisti, Yeditəpə Universitetinin sənət bölməsinin üzvü Teymur Rzayevbaşqa qonaqlar yer alıb.

Görüş zamanı iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Nümayəndə heyətinin rəhbəri ölkəmizə səfərindən məmnunluğunu ifadə edib.

 

Mədəniyyət.- 2015.- 25 dekabr.- S. 5.