“Yəhudi irsi üzrə Avropa marşrutu” Azərbaycandan da
keçir
Ölkəmiz beynəlxalq mədəni turizm layihəsinə qoşulub
Mədəniyyət və Turizm Nazirliyi Avropa Şurasının mədəni marşrut layihələrindən olan “Yəhudi irsi üzrə Avropa marşrutu” beynəlxalq mədəni turizm layihəsinə qoşulub.
Avropa Yəhudi Mədəniyyəti və İrsinin Qorunması və Təbliği Assosiasiyasının (AEPJ) təşkilatçılığı ilə həyata keçirilən layihəyə indiyədək Portuqaliya, İspaniya, İtaliya və Fransa kimi ölkələr qoşulub, həmçinin 22-dək Avropa ölkəsi tərəfdaş qismində çıxış edir.
Layihəyə üzv olmaq məqsədilə ilk addım olaraq nazirlik tərəfindən ölkəmizdə mövcud olan yəhudi irsi üzrə müvafiq proqram hazırlanıb. Proqrama paytaxt Bakı ilə yanaşı, Qubadakı Qırmızı qəsəbə, Lahıc, Qəbələ, Oğuz kimi regionların turizm potensialı barədə məlumat, həmçinin orada fəaliyyət göstərən yerli sinaqoqlarla bağlı informasiya əlavə olunub. 2016-cı ilin mart ayında assosiasiyanın ekspertlərinin müvafiq proqram üzrə ölkəmizə səfəri nəzərdə tutulur.
Azərbaycanda yəhudi irsi üzrə marşrut assosiasiyanın internet səhifəsində yerləşdirilib ().
Azərbaycanda yəhudi
icmalarının mövcudluğunu,
ölkəmizdə dini müxtəlifliyə
tolerant münasibətin və müxtəlif
mədəniyyətlərin təbliğinə
yaradılmış şəraiti nəzərə alaraq, bu layihəyə qoşulmaq həm yəhudi irsi
ilə maraqlanan turistlərin, həm də
yəhudi əsilli insanların ölkəmizə turist kimi cəlb edilməsi
baxımından əlverişli olacaq.
Mədəniyyət.- 2015.- 25
dekabr.- S. 5.