Teatr xadimlərinə TÜRKSOY-un “Haldun Tanermedalı təqdim olunub

 

Dekabrın 23-də Dövlət Akademik Milli Dram Teatrında Azərbaycanın bir qrup teatr xadiminə TÜRKSOY-un “Haldun Tanermedalının təqdim olunması ilə bağlı mərasim keçirilib.

 

Tədbirdə teatrın bədii rəhbəri-baş rejissoru, Xalq artisti Azərpaşa Nemətov son illər TÜRKSOY-un həyata keçirdiyi layihələrdən söz açıb. Bildirib ki, təşkilat türkdilli xalqların ortaq mədəniyyətinin daha geniş coğrafiyada tanınması istiqamətində mühüm işlər görür.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan teatrının böyük inkişaf yolu keçdiyini söyləyib. Teatrı sevməyən insan özünü sevmir. Azərbaycan teatrına bələdəm bu sahədə çalışan insanların bir çoxu ilə dostam. Azərbaycanın ən kiçik şəhərlərində belə böyük teatrlar fəaliyyət göstərir. Bu olduqca təqdirəlayiqdir”, - deyə o vurğulayıb.

Rəhbərlik etdiyi qurumun teatr sənəti sahəsində gördüyü işlərdən danışan D.Kaseinov bildirib ki, TÜRKSOY hər bir uğurlu layihəni dəstəkləməkdə maraqlıdır.

TÜRKSOY-un bu il elan etdiyiHaldun Taner iliçərçivəsində keçirilən tədbir layihələrdən söz açan baş katib deyib ki, il ərzində quruma üzv ölkələrdə fərqlənən bir çox teatr xadimləri, sənət adamları mükafatlandırılıb. Onlara teatr sənətinin inkişafında xidmətlərinə görə görkəmli dramaturqun xatirə medalı təqdim edilib. Bu sırada Azərbaycanın sənət adamları da var.

Sonra teatr sənətinin inkişafına verdiyi töhfələrə görə Xalq artisti Azərpaşa Nemətov, professorlar İsrafil İsrafilov, Məryəm Əlizadə, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsud tanınmış aktyor, rejissor, Əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir NovruzovaHaldun Tanermedalı təqdim olunub.

Yüksək mükafata görə TÜRKSOY-un rəhbərliyinə minnətdarlığını bildirən Cahangir Novruzov deyib ki, Haldun Taner Bakıda bizim evin qonağı olub. O, Musiqili TeatrdaQayınanatamaşasına baxmış, Nəsibə Zeynalovanın obrazını bəyənmişdi. Bu tamaşanı Türkiyədə, işlədiyi teatrda da səhnələşdirmək istəyirdi. Hətta Nəsibə Zeynalovanı da Türkiyəyə dəvət etmişdi. Lakin o vaxtlar bu məsələnin reallığa çevrilməsi mümkün olmadı.

Milli Dram Teatrının direktoru İsrafil İsrafilov deyib ki, bu gün teatrımız üçün olduqca əlamətdar bir gündür. Ona görə ki, TÜRKSOY özünün ən dəyərli mükafatlarından birini Azərbaycanın görkəmli sənətçilərinə təqdim edir. Eyni zamanda bu gün Azərbaycan teatrı Cahangir Zeynalovun 150 illiyini qeyd edir: “Bu yubileyin Azərbaycan Prezidentinin sərəncamı ilə qeyd olunması bütövlükdə Azərbaycan teatrına verilən qiymətdir. Buna görə teatrsevərlər adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.

 

Mədəniyyət.- 2015.- 25 dekabr.- S.. 4.