Drezdendə “Kitabi-Dədə Qorqudla bağlı tədbir

 

Almaniyanın Drezden şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Kitabi-Dədə Qorqud” dastanlarında tolerantlıq Azərbaycan multikulturalizminin bədii qaynaqlarından biri kimi» mövzusunda tədbir keçirilib.

Eposun əlyazmasının saxlanıldığı Drezdendəki Saksoniya Dövlət Kitabxanasında düzənlənən tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdulla və kitabxananın direktoru Matias Bötger giriş nitqi söyləyiblər.

K.Abdulla alman şərqşünası F. fon Ditsin 1815-ci ildə alman dilinə tərcümə edib ön söz yazdığı “Basatın Təpəgözü öldürməsi” boyunun bu il Bakıda 25 dildə həmin ön sözlə birlikdə çap edildiyini xatırladıb və çıxışının sonunda qeyd olunan kitabları kitabxanaya təqdim edib.

Tədbirdə Azərbaycan və alman alimlərindən M.Kazımoğlu, H.Buşoten, Ş.Xəlilli, A.Hacıyev, K.Fasbender, F.Anrix, R.Qeybullayeva, E.M.Aux və başqalarının məruzələri dinlənilib.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 25 dekabr.- S. 4.