Qazaxda Yusif Səmədoğlunun
xatirəsi yad edilib
Dekabrın 23-də Qazax MKS-nin Orta Salahlı kənd kitabxana filialı Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialı ilə birgə Xalq yazıçısı Yusif Səmədoğlunun 80 illik yubileyi münasibətilə tədbir keçirib.
Tədbirdə Xalq yazıçısının həyat və yaradıcılığından bəhs edən “Pıçıltı” adlı qısametrajlı sənədli film nümayiş etdirilib.
AYB-nin Qazax zona filialının sədri, şair, Əməkdar incəsənət xadimi Barat Vüsal, Orta Salahlı kənd kitabxana filialının müdiri Svetlana Muradova, Qazax Dövlət Dram Teatrının direktoru Saqif İsgəndərov və digər çıxış edənlər Yusif Səmədoğlu yaradıcılığından, yazıçının Azərbaycan ədəbiyyatında xidmətlərindən söz açıblar.
Şair Mustafa Rasimoğlu öz çıxışında Yusif Səmədoğlu ilə bağlı xatirələrini bölüşüb, ona həsr etdiyi şeiri səsləndirib.
Qazax Dövlət Dram Teatrı aktyorlarının iştirakı
ilə yazıçının “220 nömrəli otaq” hekayəsinin motivləri əsasında
hazırlanmış səhnəcik
tamaşaçıların böyük
marağına səbəb olub. Gənc
aşıq Samir Cəlaloğlu Xalq şairi Səməd Vurğuna həsr edilmiş
şeirləri saz havaları ilə təqdim
edib.
Mədəniyyət.- 2015.- 25
dekabr.- S. 4.