Moskvada “Müasir Azərbaycan
ədəbiyyatı” antologiyasının təqdimatı
Moskvanın Xarici Ölkələr Ədəbiyyatı Kitabxanasında ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı” antologiyası kitabının təqdimatı keçirilib. Antologiya Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən hazırlanıb.
Tədbirdə
çıxış edən Tərcümə Mərkəzinin
direktoru Afaq Məsud
vurğulayıb ki, bu
vaxta qədər ayrı-ayrı
yazıçı və şairlərimiz zaman-zaman
Rusiyada, eləcə də digər ölkələrdə
nəşr olunsa da, milli ədəbiyyatımız belə bir ciddi akademik
formatda təqdim olunmayıb.
Artıq bir neçə dilə tərcümə
edilən bu kitabın məqsədi Azərbaycanın
zəngin ədəbiyyatını layiq olduğu səviyyədə dünyaya
tanıtmaqdır. Qeyd olunub
ki, gələn il
antologiyanın ərəb dilində Qahirədə, türk dilində Ankarada, Belarus dilində Minskdə nəşri gözlənilir.
Hazırda kitab ingilis, alman, ispan, fransız və fars
dillərinə tərcümə
edilir.
Moskva Yazıçılar Birliyinin
sədr müavini Valeri İvanov-Taqanski və digər çıxış edənlər
də nəşrin ədəbi dəyəri,
ikicildlikdə yer alan əsərlər
barədə fikirlərini
bölüşüblər.
Tədbirin bədii hissəsində rusiyalı sənətçilərin
ifasında antologiyada yer almış Azərbaycan şairlərinin
şeirləri oxunub, mahnılar və musiqi parçaları səsləndirilib.
Sonda Afaq Məsuda bu ilin mayında həqiqi üzvü seçildiyi Pyotr Akademiyasının diplomu təqdim olunub.
Mədəniyyət.- 2015.- 25 dekabr.- S. 2.