Azərbaycan
musiqiləri özbək ifaçıların təqdimatında
Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbirlər keçirilib
Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
Mədəniyyət mərkəzində keçirilən tədbirdə Özbəkistanda fəaliyyət göstərən diplomatlar, ölkənin ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, diasporumuzun üzvləri, mətbuat nümayəndələri iştirak ediblər.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bayramın tarixindən söz açıb.
Sonra konsert proqramı təqdim olunub. Proqram Özbəkistanın “Soqdiana” Xalq Çalğı Alətləri
Kamera Orkestrinin ifasında dahi bəstəkarımız Üzeyir
Hacıbəylinin “Koroğlu”
operasının uvertürası
ilə başlayıb.
Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev kimi
görkəmli bəstəkarlarımızın
əsərləri, Azərbaycan
xalq mahnıları ifa edilib. Tamaşaçılar
Ü.Hacıbəylinin “Sənsiz”,
“Sevgili canan” romanslarını, “Arşın
mal alan” əsərlərindən Gülçöhrənin
və Əsgərin ariyalarını, Fikrət
Əmirovun “Qarabağ-Azərbaycanın
incisi” musiqili nömrəsini ayaq üstə alqışlayıblar.
* * *
Bayram münasibətilə Azərbaycanın
Özbəkistandakı səfirliyinin
nəzdindəki Heydər
Əliyev adına
Mədəniyyət Mərkəzi
Daşkənddəki 30 saylı
uşaq evinin azərbaycanlı və özbək uşaqları
üçün xeyriyyə
tədbiri keçirib.
Uşaq evində 150 uşaq yaşayır və təhsil alır. Onlardan 8-i azərbaycanlıdır.
Azərbaycan Mədəniyyət Mərkəzi
uşaq evini himayəyə götürüb
və mütəmadi olaraq burada tədbirlər
keçirir. Bayram tədbirində çıxış
edən uşaq evinin direktoru Firuza Osmanxocayeva Azərbaycan dövlətinə
öz təşəkkürünü
bildirib.
Sonra uşaqlar
tərəfindən hazırlanmış
konsert proqramı və səhnəciklər
nümayiş olunub. Balaca fidanlar
özbək, Azərbaycan
və dünya rəqslərini, mahnılarını
ifa ediblər. Mədəniyyət mərkəzinin nəzdindəki
"Azərbaycan qızları"
rəqs ansamblının
çıxışı alqışlarla
qarşılanıb.
Sonda Azərbaycan
Mədəniyyət Mərkəzinin
bayram sovqatı və hədiyyələr
uşaqlara təqdim olunub.
Mədəniyyət.- 2015.- 30 dekabr.- S. 16.