TÜRKSOY-da ilin son anım tədbiri
Bu il TÜRKSOY təşkilatı tərəfindən
görkəmli qırğız
rejissoru, ssenaristi və Qırğızıstanın
Türkiyədəki ilk səfiri
Tölömüş Okeyevin
(1935-2001) 80 illiyi münasibətilə
xatirə ili elan edilmişdi.
Dekabrın 24-də bununla bağlı İstanbulun Memar Sinan Universitetində, ayın 25-də isə Ankarada anım toplantıları keçirildi.
Ankarada
TÜRKSOY-un Qazi Universiteti və Qırğızıstanın Ankaradakı
səfirliyi ilə birgə düzənlədiyi
toplantı universitetin
tarixi Memar Kəmaləddin salonunda gerçəkləşdi.
Tədbirdə açılış nitqi
söyləyən TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş Tölömüş
Okeyevin təkcə Qırğızıstan üçün
deyil, bütün türk dünyası üçün böyük
şəxsiyyət olduğunu
bildirdi.
Qırğızıstan Dövlət Kino Departamentinin
direktoru Muktali Bektenaliyev mərhum sənətkarın qırğız
kino tarixinə töhfələrindən danışdı.
Tədbirdə qırğız müğənnisi
Salamat Sadıkova qısa konsert proqramı ilə çıxış etdi. Tədbir T.Okeyevin
“Uşaqlığımızın göy üzü” adlı filminin nümayişi ilə sona çatdı.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2015.- 30
dekabr.- S. 15.