“Ziyalı
ünsiyyəti”ndə Sara Oğuz
yad edilib
Dekabrın 28-də “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi “Ziyalı ünsiyyəti” layihəsi çərçivəsində növbəti görüşünü keçirib.
Tədbir Azərbaycan Yazıçılar Birliyi və Rəssamlar İttifaqının üzvü, yazıçı, ssenarist, sənətşünas, Əməkdar incəsənət xadimi Sara Oğuzun (Nəzirova) doğum gününə həsr olunub.
Təşkilatın sədri Solmaz Əmirli Sara Oğuzun (1944-2014) ömür yolundan və zəngin yaradıcılığından danışıb.
Sonra Sara xanımın ssenarisi əsasında rejissor Şamil Nəcəfzadənin çəkdiyi “Mən gözəlliyi seçdim...” filmi nümayiş olunub.
Çıxış edənlər Sara Oğuzun ədəbi yaradıcılığından söz açıblar. Onun ilk hekayələrindən istedadlı qələm sahibi olduğunu, “Bayat oxşaması”, “Beton evdən yazılar”, “Köhnə kişi”, “Xan yolu” və onlarca başqa hekayəsi ilə ədəbiyyatımıza qeyri-adi istedad kimi daxil olduğunu söyləyiblər. Tənqidçi Bəsti Əlibəyli Sara Oğuzu təmənnasız şəkildə özünü ədəbiyyata və incəsənətə həsr etmiş fədakar şəxsiyyət kimi xarakterizə edib.
Sonda Sara
Oğuzun qohumları tədbirin təşkilatçılarına
və iştirakçılarına öz
minnətdarlıqlarını bildiriblər.
Mədəniyyət.- 2015.- 30
dekabr.- S. 15.