Amerikadan dünyaya yayılan “Nar zəfəranhekayəti

 

 “Bu kitabda yer alan bütün isti-soyuq yeməkləri, şirniyyatı əvvəlcə özüm bişirmişəm

 

Ötən il ingilis dilində Amerikada nəşr olunmuş “Nar zəfəran: Azərbaycana yemək səyahəti” («Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan») kitabını Azərbaycan mətbəxi barədə nəşr kimi səciyyələndirmək onun əhəmiyyətini sanbalını azaltmaq olardı. Azərbaycan kulinariyasını ədviyyatdan şorabalaradək əhatə edən bu nəfis tərtibatlı maraqlı kitab bir azərbaycanlı qızını da dünyada, o cümlədən vətəndə tanıtdı.

 

Əgər Fəridə Sadıxova-Buyuranı “Nar zəfəran”adək yalnız doğmalar, qonşular tanışlar tanıyırdısa, bu dəfə çoxları tanıdı. Onun barəsində xəbərləri qəzetimiz oxucularına təqdim edib. Bu kitabın qısa müddətdə “Best in the World Gourmand Cookbook Award” (“Qurman yemək mükafatı - dünyada ən yaxşı”), “Living Now Award Silver Medalist” (etnik yemək kitabları arasında gümüş medal) kimi mükafatlara layiq görülməsi barədə yayılan xoş xəbərlər Azərbaycan adına bütün yaxşı işlərə sevinən kəslərin yadındadır. Fəridə xanımla elə bu kitabdan xəbər tutandan söhbətləşmək istəyirdim. Amma, görünür, vətən məhəbbətini öz əməlində göstərməyi bacarmış bu zərif xanımla, üzündən təbəssüm əskik olmayan soydaşımızla söhbətin qələmə alınması əlamətdar gün ərəfəsinə təsadüf etməliymiş.

Onunla Bakıda yayın son qızmar günlərinin birində görüşmüşdük. Amalı, ruhu, canı ilə əsl azərbaycanlı olsa da, hər halda həm amerikalı olan bu xanımla söhbətimizi onu uzaq qitəyə aparan tale yolundan başladıq:

- Bakıda Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirmişəm. Magistraturada oxuyan zaman işləmək üçün “Azerbaijan International” jurnalının Bakı ofisinə müraciət etdim. Bir qədər çalışdıqdan sonra məni Amerika ofisinə treninqə yolladılar. Bir il orada qaldım. Elə orada da gələcək həyat yoldaşımla tanış oldum. Bakıya qayıdandan bir il sonra evləndik. Yoldaşım türkdür, Kütahyada böyüyüb. O da ABŞ-da işləyir, təhsil alırdı karyerasını Amerikada qurmaq istəyirdi deyə, mən ora getməli oldum. Artıq 14 ildir ki, Los-Ancelesdə yaşayıram.

- Sizi mətbəxlə sıx maraqlanan amerikalı evdar qadın kimi təsəvvür etmək olmur. Nədənsə, 50-ci illər Hollivud filmlərinin evdar qadın qəhrəmanlarına heç oxşada bilmirəm sizi.

- Kaliforniya Universitetində marketinq üzrə magistr təhsili aldım, ixtisasım üzrə çalışmağa başladım. Etiraf edim ki, Bakıda yaşayanda heç vaxt xörək bişirməmişdim. Sadəcə, bayramlarda salat düzəldər, bildiyim iki-üç tortdan, piroqdan birini bişirərdim. Amma ailə qurandan sonra istədim ki, evimizdə milli xörəklərimiz bişsin bişirirdim .

Digər tərəfdən, kitabxanalarda, kitab mağazalarında Azərbaycan mətbəxinə dair nəsə axtaranda gördüm ki, milli mətbəximizə dair heç bir kitab yoxdur. Amerikada tanınan yemək yazarı Anya Von Bremzen SSRİ milli mətbəxlərinə həsr olunmuş kitabında Azərbaycan mətbəxi barədə belə yazmışdı ki, Cənubi Qafqazda ən dadlı, ən zəngin, lakin dünyada ən az tanınan mətbəx azərbaycanlılarındır. Bu fikir mənə belə bir kitabı ingilis dilində yazmaq ideyasını verdi. Üstəlik, qərara gəldim ki, bu, adi resept toplusu olmayacaq. Bilirsiniz, amerikalılar evdə yemək hazırlamağı çox da xoşlamırlar. Amma dünya xalqlarının mətbəx mədəniyyəti barədə araşdırmaları oxumağı sevirlər. Ağlıma bir fikir gəlmişdi ki, hər məqaləni dolayısı da olsa, yeməyə dəxli olan bir Azərbaycan atalar sözü müşayiət etsin. İlk reseptləri anamdan öyrənirdim. Bütün tanışlarımdan reseptlər toplamağa başladım. Üstəlik, çalışdım ki, Azərbaycanın bütün bölgələri təmsil olunsun. Vətənə gələndə rayonlara, kəndlərə gedir, həmin bölgənin mətbəxi ilə maraqlanırdım. Elə kitabı vərəqləsəniz, görərsiniz ki, məsələn, Qax yeməyi olan sürfülünün resepti verilən səhifədə mütləq bu bölgə barədə məlumat vermişəm ki, amerikalıda bu bölgə barədə təsəvvür yaransın. Üstəlik, Azərbaycanda yaşayan digər xalqların da mətbəxinə yer vermişəm ki, bizim tolerantlığımız bir daha sübut olunsun. Məsələn, rus piroqunun reseptini İvanovkada öyrənmişəm deyə, molokanlar, onların Azərbaycana gəlişi barədə məlumat vermişəm. Kitabın sonunda yemək reseptini aldığım insanların da adlarını qeyd edərək, minnətdarlığımı bildirmişəm.

- Özünüz necə, bu yeməkləri hazırlayırsınızmı?

- Bəs necə! Bu kitabda yer alan bütün isti-soyuq yeməkləri, şirniyyatı əvvəlcə özüm bişirmişəm. Amerikalılara yemək reseptini dəqiq vermək lazımdır. İlk dəfə bişirəndə nəsə alınmasa, bu, onlar üçün faciəyə çevriləcək, onlar həmin kitaba artıq etibar etməyəcək bir həmin yeməyi hazırlamayacaqlar. Buna görə bütün yeməkləri özüm hazırlayandan sonra hazırlanma qaydasını dəqiqliyi ilə kitabda təsvir etmişəm.

- Belə çıxır ki, fotolar da özünüzündür?

- Bəli, 99 faizini özüm çəkmişəm.

- Deməli, Azərbaycan mətbəxini öz evinizdə yaşadırsınız...

- Əlbəttə! Azərbaycan türk yeməklərini.

- Bəlkə elə buna görə özünüz doğma dili zərrəcə unutmamısınız, üstəlik, övladlarınız Azərbaycan dilini Türkiyə türkcəsini çox yaxşı bilirlər. Axı, bir müdrik demişkən, biz yediklərimizdən ibarətik.

- Bəlkə . Biz həyət evində yaşayırıq. Rəhmətlik qayınatam Türkiyədən bizə qonaq gələndə, həyətimizdə üzüm tənəyi əkmişdi. Odur ki, ilboyu yarpaq dolması bişirmək imkanım var. Nənə babalarım Ordubaddandır. Ordubaddan apardığım göyərti toxumlarını da həyətimizdə əkirəm. Valideynlərim isə Balakəndə böyüyüb, ona görə o bölgənin mətbəxi mənə yaxındır ona tez-tez müraciət edirəm.

- Yəqin ki, bu kitaba daxil etdiyiniz reseptlər əsasında hazırladığınız yeməkləri qonaqlarınıza da təklif edirsiniz. Onların yeni dad ilə tanışlığı necə baş verir?

- Çox yaxşı. Kaliforniyalılar yeniliyə, yeni dadlara açıq adamlardır. Bizim yeməkləri, tutmaları, şirniyyatı çox bəyənirlər.

- Belə sanballı, rəngli şəkillərlə zəngin kitab-albomun nəşri böyük vəsait tələb edir. Normal halda belə bir kitabın ərsəyə gəlməsində bütöv bir kollektiv. Amma siz çox işin öhdəsindən tək gəlmisiniz. Dizaynerlə, redaktor korrektorla təkbaşına çalışmağın çətinliyi bir yana, bu işin maliyyə tərəfi var axı...

- Əlbəttə, bu yükü qaldırmaq mənim hünərim deyildi. «Nar zəfəran» kitabının birinci nəşrinə SOCAR sponsorluq etmişdi, ikinci nəşrinə Azərbaycanın ABŞ-dakı səfirliyi maliyyə dəstəyi göstərdi. Amma kitabın yayılması, müştərilərə çatdırılması, təbliği kimi işlərin hamısını özüm görürəm.

- Yaxşı, «Nar zəfəran» işıq üzü gördü. Yeddiillik zəhmətinizin bəhrəsi bir neçə beynəlxalq kitab sərgisində uğur qazandı. Bəs sonra?

- Düzü, çox istəyərdim ki, televiziyada mətbəx və səyahət barədə bir proqramım olsun. Amma belə bir layihəni həyata keçirmək çox çətindir. Ümid edirəm ki, bir gün bunun da öhdəsindən gələcəyəm.

- Fəridə xanım, bu sualı Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımıza verirəm. Sərhədin o tərəfindən baxanda Azərbaycan necə görünür?

- Vətən kimi. Doğmalarım, uşaqlıq, məktəb, institut rəfiqələrim buradadır. Özümü Bakıda daha güvənli, arxayın hiss edirəm. Məsələn, mən Amerikada uşaqlarımın küçədə oynamağına heç cür icazə vermərəm, qorxuram ki, nəsə ola bilər. Amma Bakıda qonşu uşaqlarına qoşulub ürəkləri istəyən qədər oynayırlar. Orada hər şey yaxşıdır, sadəcə, mənim də, yoldaşımın da heç bir qohumu Amerikada yaşamır. Sadəcə, dostlarımız ətrafımızdadır, vəssalam.

Fəridə xanımla müsahibəmiz bir sıra səbəblərdən gecikdi. Yeni il, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində ABŞ vətəndaşı olan, amma qəlbi vətəni Azərbaycanda qalan Fəridə Sadıxova-Buyurandan xahiş etdim ki, bu müsahibəyə öz bayram arzularını əlavə etsin. Fəridə xanım bunları dedi:

- Bəlkə də ömrüm boyu Amerikada yaşayacağam. Amma dəxli yoxdur ki, hər şeyin ən yaxşısını Azərbaycan üçün, soydaşlarım üçün istəyirəm. Burada yaxşı nəsə görəndə ürəyimdən keçən ilk fikir bu olur - kaş ki, bu, Azərbaycanda da belə olsun. Azərbaycanda yaşayan soydaşlarıma yalnız gözəl günlər arzu edirəm.

 

Gülcahan Mirməmməd

 

Məədəniyyət.- 2015.- 30 dekabr.- S. 12.